satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: Gürcüstanda “Kanvas” inqilabı olmayacaq

İrakli Kobaxidze: Gürcüstanda “Kanvas” inqilabı olmayacaq

Gürcüstanda sözdə “Yaradıcılıq sferasının nümayəndələri üçün inqilabi təlimlər” keçirildi və biz bunun nəticəsini bu gün görürük. Psevdoelitanın nümayəndələri müəyyən inqilabi prosesləri təşkil etməyə çalışırlar, baxmayaraq ki, bu da uğursuzluğa məhkumdur.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Onun sözlərinə görə, Gürcüstanda “Kətan” (kanvas) inqilabı baş verməyəcək və Gürcüstan hökuməti siyasi baxışlarından asılı olmayaraq hər kəsə peşəkar fəaliyyətində dəstək verəcək.

“Gürcüstanda son üç ildə biz dörd inqilab cəhdi gördük, bu, artıq dördüncü cəhddir. Gah partiyalar vasitəsilə, gah QHT-lər, gah da jurnalistlər vasitəsilə inqilab etməyə cəhd edirdilər. Onlar media menecerləri və müxalif media qurumlarının təmsilçiləri üzərində inqilab etmək üçün bütün vasitələrə əl atdılar, lakin bütün vasitələr uğursuz oldu. İndi gördüyümüz bir növ “kətan” inqilabı cəhdidir. Gürcüstan hökuməti siyasi baxışlarından asılı olmayaraq hər kəsə kömək edəcək, hamı ilə əlaqə saxlayacaq və onların peşəkar fəaliyyətlərini həyata keçirməsinə şərait yaradacaq”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM