satellite   Azerspace-1: 11135 H 30000

İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var

İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var

İraqın cənubundakı "Rumeyla" neft emalı zavodunda yanğın baş verib, azı dörd nəfər xəsarət alıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb.

Məlumata görə, yaralananlar müxtəlif travmalar alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Yanğınsöndürmə qrupları hadisə yerində işləyir, lakin alovun qarşısını almaq hələ mümkün olmayıb, yanğın sahəsi genişlənir.

Portal yanğının səbəbi barədə məlumat verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM