satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna F-16 qırıcıları üçün xaricdən pilotlar dəvət edə bilər

Ukrayna F-16 qırıcıları üçün xaricdən pilotlar dəvət edə bilər

Ukraynanın hakimiyyət orqanları Qərb müttəfiqlərindən ilk F-16 qırıcılarını aldıqdan sonra bu təyyarələri idarə etmək və onlara xidmət göstərmək üçün xarici ölkələrdən pilotlar və texniki işçilər dəvət edə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının nəqliyyat və infrastruktur komitəsinin üzvü Oksana Savçuk milli telemarafonda çıxışı zamanı deyib.

Qeyd edək ki, avqustun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərinin Kiyevə F-16 qırıcılarının ilk partiyasının göndərdiyini təsdiqləyib. Lakin o, təyyarələrin sayını və harada yerləşdirildiyini açıqlamayıb.

Bir müddət öncə isə Böyük Britaniyanın “The Economist” jurnalı Ukraynanın Qərb ölkələrindən 10 ədəd F-16 qırıcısı aldığını və ilin sonunadək onların sayının 20-yə çatdırılacağını yazıb. Nəşr, həmçinin 2025-ci il ərzində Ukraynaya ümumilikdə 79 ədəd F-16 qırıcısı göndəriləcəyini bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində Kiyevə yeni silahların, o cümlədən F-16 qırıcılarının tədarükünün cəbhədəki vəziyyəti dəyişməyəcəyini, əksinə, müharibənin uzanmasına gətirib çıxaracağını deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM