satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib

Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib

ABŞ-da səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib. Naxçıvan televiziyası-ın məlumatına görə, Konqresdə çıxışı zamanı o bildirib ki, ABŞ və İsrail Yaxın Şərqdə təhlükəsizlik alyansı yarada bilər.

“İsraillə sülh içində olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaqlar”,- deyə İsrail Baş naziri qeyd edib.

B.Netanyahu yeni alyansı 2020-2021-ci ildə İsrailin bir sıra ölkələrlə imzaladığı “Avraam sazişi”nə uyğun olaraq “Avraam Alyansı” adlandırmağı təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM