satellite   Azerspace-1: 11135 H 30000

“Tesla” gələn il insanabənzər robotlardan istifadə etməyə başlayacaq

“Tesla” gələn il insanabənzər robotlardan istifadə etməyə başlayacaq

Amerikanın “Tesla” avtomobil istehsalçısı 2025-ci ildə insanabənzər robotlardan istifadə etməyə başlayacaq. Kompaniya, həmçinin 2026-cı ildən həmin robotların satış üçün kütləvi istehsalını təşkil edəcək.

Naxçıvan televiziyası “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, kompaniyanın rəhbəri İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.

Bir neçə ildir belə robotlar üzərində şalısan “Tesla” onların ağır tapşırıqları yerinə yetirə biləcəyini, eləcə də işçi qüvvəsi çatışmazlığını aradan qaldıracağını və istehsalın səmərəliliyini artıracağını düşünür.

Mart ayında İlon Mask “Optimus” adlı insanabənzər robotların fabrikdə hərəkət etməsinin və sadə tapşırıqları yerinə yetirməsinin əks olunduğu videoları yayımlayıb. “Optimus”un “Tesla” fabriklərində fəaliyyət göstərəcəyini elan edən milyarder, həmçinin onların birinin təxminən 20 min dollara satışa çıxarılacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM