satellite   Azerspace-1: 11135 H 30000

ABŞ və Cənubi Koreya F-18 və F-35 təyyarələrindən istifadə etməklə təlimlərə başlayıb

ABŞ və Cənubi Koreya F-18 və F-35 təyyarələrindən istifadə etməklə təlimlərə başlayıb

ABŞ və Cənubi Koreya silahlı qüvvələri F-18 və F-35 qırıcılarından istifadə etməklə birgə hava təlimlərinə başlayıb. Cənubi Koreya tərəfi də F-16, FA-50, KA-1 və F-15K təyyarələrindən istifadə edəcək.

Naxçıvan televiziyası Yonhap agentliyinə istinadla xəbər verir ki, təlim avqustun 8-dək davam edəcək. Təlim zamanı Seulun cənubundakı Suvon şəhərindəki aviabazadan istifadə olunacaq.

Məlumata görə, təlimlərin keçirilməsində məqsəd KXDR-dən gələn təhlükəni nəzərə alaraq, əməkdaşlığı və birgə döyüş imkanlarını gücləndirməkdir.

Təlimlərə müttəfiqlərin hava qüvvələri arasında qarşılıqlı əlaqəni artırmaq üçün qırıcı manevrlər, hava dəstəyi, hava əks-tədbirləri və hava hücumundan müdafiə daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM