satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı çərçivəsində sürücülərə müraciət edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi  “Təmiz hava” aylığı çərçivəsində sürücülərə müraciət  edib

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Ekologiya Nazirliyinin birgə təşkilatçılğı ilə 2026-cı il oktyabrın 1-dən noyabrın 1-dək muxtar respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin istismarı zamanı atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması, ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə işlərinin aparılması və müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsidir.

Aylıq müddətində sürücülərin diqqət yetirməli olduğu əsas məsələlərdən biri nəqliyyat vasitələrinin texniki vəziyyətidir. Xüsusilə mühərrikin və işlənmiş qazların xaric edilməsi sisteminin saz vəziyyətdə saxlanılması atmosferə normadan artıq zərərli tullantıların atılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Texniki nasazlığı olan və atmosferə normadan artıq zərərli maddələr buraxan nəqliyyat vasitələrinin istismarı ətraf mühitə, eləcə də insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Bu baxımdan sürücülərə avtomobillərinin texniki vəziyyətini mütəmadi yoxlatdırmaları, aşkar olunan nasazlıqları vaxtında aradan qaldırmaları və nəqliyyat vasitələrini müəyyən edilmiş ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaları tövsiyə olunur.

Ətraf mühitin qorunması və atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində hər bir sürücünün məsuliyyətli davranışı mühüm əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM