satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? <font color='red'> - DOSYE</font>

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

NUHÇIXAN xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub.

H. Babayev əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb, 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

Hacıbaba Babayev 2022-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin müavini vəzifəsində çalışıb.

Prezidentin Sərəncamı ilə 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM