satellite   Azerspace-1: 11135 H 30000

Kəngərli rayonunda baş verən yanğın nəticəsində 2900 ədəd ot bağlaması yanıb - FOTOLAR

Kəngərli rayonunda baş verən yanğın nəticəsində 2900 ədəd ot bağlaması yanıb<font color=red> - FOTOLAR</font> Kəngərli rayonunda baş verən yanğın nəticəsində 2900 ədəd ot bağlaması yanıb<font color=red> - FOTOLAR</font>

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində ot bağlamalarında yanğın baş verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə Kəngərli Rayon və Naxçıvan şəhər Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Nazirlikdən NTV-yə verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində 2900 ədəd ot bağlaması yanıb. Ərazidə yerləşən iki yardımçı tikili (tövlə) yanğından mühafizə olunub.

Tövlələrdə olan heyvanlar isə xilas edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM