NTV xəbər verir ki, sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Culfa rayonunda vətəndaşları qəbul edib.
Culfa Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.
