satellite   Azerspace-1: 11135 H 30000

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib

NTV xəbər verir ki, sentyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

İclasda komitə sədri Fazil Mustafa əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib.

Sonra komitə sədri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, növbəti sessiya dövründə komitənin fəaliyyət sahəsinə aid olan qanun layihələri müzakirə ediləcək, tarixi və dini abidələr, ictimai birliklər və dini qurumlarla bağlı məsələlər üzrə ictimai müzakirələr təşkil olunacaq.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM