satellite   Azerspace-1: 11135 H 30000

Şərurda avtomobildə sıxılmış vəziyyətdə qalan vətəndaşlar çıxarılıb

Şərurda avtomobildə sıxılmış vəziyyətdə qalan vətəndaşlar çıxarılıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Axura kəndi yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən NTV-yə verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan 1958-ci il təvəllüdlü Abbasov Cəfər İsa oğlu və 1990-cı il təvəllüdlü Abbasov Nuran Cəfər oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.   

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM