satellite   Azerspace-1: 11135 H 30000

Culfada yük avtomobili yanıb - FOTOLAR

Culfada yük avtomobili yanıb<font color=red> - FOTOLAR</font> Culfada yük avtomobili yanıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu ərazisində qoşqulu yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən NTV-yə verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Scania” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və 1 ədəd qoşqusu yanıb, digər qoşqu yanğından mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM