satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Regional DOST Mərkəzinə ilk günlərdə 200-dən çox müraciət daxil olub

Naxçıvan Regional DOST Mərkəzinə ilk günlərdə 200-dən çox müraciət daxil olub

Naxçıvanda ötən həftə fəaliyyətə başlayan Regional DOST Mərkəzinə ilk günlərdə 200-dən çox müraciət daxil olub.

Bunu NTV-yə açıqlamasında Mərkəzin direktor müavini, direktor vəzifəsini icra edən Şamil Əliyev deyib.

O bildirib ki, mərkəzdə xidmətlərdən yararlanmaq üçün vətəndaşların yaşayış və ya qeydiyyat yerinə görə məhdudlaşdırılması nəzərdə tutulmur. Belə ki, Naxçıvan şəhərində yaşayanlarla yanaşı, muxtar respublikanın digər rayonlarında qeydiyyatda olan vətəndaşlar da mərkəzin xidmətlərindən yararlana biləcəklər.

Ş.Əliyevin sözlərinə görə, fəaliyyətin ilk günlərində mərkəzə ən çox müraciətlər pensiya, sosial müavinətlər və əmək məşğulluğu istiqamətləri üzrə daxil olub. Xüsusilə əmək məşğulluğu sahəsinə marağın yüksək olduğu vurğulanıb.

İlk günlər ərzində pensiya və əmək məşğulluğu istiqamətləri üzrə ümumilikdə 200-dən çox müraciət qeydə alınıb.

Qeyd edək ki, avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM