satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan və Şərurun bəzi ərazilərində qaz olmayacaq

Naxçıvan və Şərurun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

NTV bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 10:00-dan işlər yekunlaşanadək Şərur rayonunun Axaməd, Maxta və Kərimbəyli kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanadək Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM