satellite   Azerspace-1: 11135 H 30000

Kəlbəcərdə mina partlayıb, xəsarət alan var

Kəlbəcərdə mina partlayıb, xəsarət alan var

Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM