Avqustun 14-də 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan Qəsəbə 110 Kv-luq hava elektrik xəttində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti enerji fasiləsi yaranacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) NTV-yə verilən məlumata görə, bununla əlaqədar olaraq sabah saat 12:30-dan 14:30-dək rayonun Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı, 28 May küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
Eenerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
