satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan buğda idxalını 3 %-ə yaxın artırıb

Azərbaycan buğda idxalını 3 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 585 min 62 ton buğda idxal edib.

NTV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 132 milyon 905 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 17 min 192 ton (2,8 %) az, dəyər baxımından isə 2 milyon 243 min dollar (1,7 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM