satellite   Azerspace-1: 11135 H 30000

Ağdamda dövlət-din münasibətlərinə dair regional konfrans keçiriləcək

Ağdamda dövlət-din münasibətlərinə dair regional konfrans keçiriləcək

Ağdam şəhərində "Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusunda regional konfrans keçiriləcək.

NTV xəbər verir ki, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə aprelin 15-də baş tutacaq.

Tədbirdə Dövlət Komitəsinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı gözlənilir.

Komitədən bildirilib ki, konfransın məqsədi mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri, habelə hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və profilaktik tədbirlərin müzakirəsindən ibarətdir. Bununla yanaşı, konfransda maarifləndirmə işinin prioritetləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində "Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri" və "Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi" mövzular üzrə panellər də təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM