satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilin ilk 3 ayında 50 qida obyekti cərimələnib

Naxçıvanda ilin ilk 3 ayında 50 qida obyekti cərimələnib

2026-cı ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikada 50 qida obyektinə cərimə tətbiq olunub.

Agentlikdən NTV-yə verilən məlumata görə, bu müddətdə ümumilikdə 68 yoxlama həyata keçirilib və əksər qida obyektlərində müxtəlif növ pozuntular aşkarlanıb.

Yoxlamaların 28-i ictimai iaşə müəssisələrində, 12-si topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 3-ü ət satışı obyektlərində, 2-si məktəb bufetlərində, 3-ü apteklərdə, 15-i isə emal müəssisələrində aparılıb.

Aparılan nəzarət tədbirləri zamanı ən çox pozuntuların emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alındığı bildirilib.

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Həm planlı, həm də plandankənar yoxlamaların nəticəsi olaraq 50 qida obyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati tənbehvermə qərarı qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM