satellite   Azerspace-1: 11135 H 30000

Ombudsmanın müraciətləri əsasında ötən il 21 məhkum əfv edilib

Ombudsmanın müraciətləri əsasında ötən il 21 məhkum əfv edilib

2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ümumilikdə 355 başçəkmə həyata keçirilib ki, onlardan 93-ü plandankənar olub. Başçəkmələr zamanı ümumilikdə 3462 nəfər qəbul edilib.

NTV xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva parlamentin martın 3-də keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təqdim edərkən deyib.

“Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərib və Komissiyanın iclaslarında iştirak edib.

Məruzədə o da qeyd olunub ki, ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə isə 21 məhkum əfv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM