satellite   Azerspace-1: 11135 H 30000

Astara sərhəd-keçid məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir - FOTOLAR

Astara sərhəd-keçid məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir<font color=red> - FOTOLAR</font> Astara sərhəd-keçid məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir<font color=red> - FOTOLAR</font>

Astara sərhəd-keçid məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

NTV xəbər verir ki, hazırda 20-yə yaxın Pakistan və iki nəfər Tacikistan vətəndaşı sözügedən sərhəd-keçid məntəqəsindən keçərək təxliyə olunub. Onların təhlükəsiz şəkildə ölkə ərazisinə keçidi təmin edilib.

Təxliyə olunan xarici vətəndaşların sənədləri yoxlanılıb, qeydiyyatları aparılıb və zəruri hallarda ilkin tibbi baxışla təmin olunublar. Aidiyyəti qurumların əməkdaşları tərəfindən onların təhlükəsiz və nizamlı şəkildə keçidi üçün bütün zəruri tədbirlər görülüb.

Proses müvafiq prosedurlara uyğun olaraq aidiyyəti dövlət qurumlarının nəzarəti altında aparılır. Keçid məntəqəsində təhlükəsizlik tədbirləri gücləndirilib, sənəd yoxlanışı, qeydiyyat və müşayiət xidmətləri operativ şəkildə təşkil olunub və təxliyə prosesi fasiləsiz davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM