satellite   Azerspace-1: 11135 H 30000

Bakıdan yola düşən avtobus Naxçıvana çatıb

Bakıdan yola düşən avtobus Naxçıvana çatıb

Xəbər verildiyi kimi, Yaxın Şərqdə baş verən son hadisələr fonunda təhlükəsizlik məqsədilə İran İslam Respublikası ərazisindən həyata keçirilən Bakı–Naxçıvan–Bakı avtobus reyslərinin fəaliyyəti müvəqqəti dayandırılmışdı.

NTV xəbər verir ki, dünən səhər saat 09:00-da Bakıdan yola düşən avtobus reysi artıq Naxçıvan Avtovağzalına çatıb.

Məlumata görə, reys təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilib. Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması təmin olunub.

Qeyd edək ki, marşrutun fəaliyyəti ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM