satellite   Azerspace-1: 11135 H 30000

Məhkəmələrdə kargüzarlığın aparılmasına dair təlimat layihəsi təsdiq edilib

Məhkəmələrdə kargüzarlığın aparılmasına dair təlimat layihəsi təsdiq edilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, məhkəmələrdə kargüzarlığın aparılmasına dair təlimat layihəsi təsdiq edilib.

Bu barədə NTV-yə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görülmüş işlər, o cümlədən Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans və Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında qəbul edilən qərarların əhəmiyyətini və bundan irəli gələrək qarşıda duran vəzifələri diqqətə çatdırıb.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və İşçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb.

Dövrün tələblərinə uyğun olaraq olaraq yenidən işlənilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat” layihəsi təsdiq edilib. Eyni zamanda “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası” layihəsi müzakirə olunub.

Daha sonra cinayət, mülki və inzibati mübahisələrə dair ədalət mühakiməsinin səmərəliliyinin təhlilinə və Məhkəmə-Hüquq Şurası Aparatının fəaliyyəti ilə bağlı işçi qruplar yaradılması qərara alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM