satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq

Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq

Dövlət sosial xidmət müəssisələrinin infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün müvafiq işlər həyata keçirilir. 

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması istiqamətində layihələndirmə və satınalma prosesi tamamlanaraq podratçı təşkilatla müqavilə imzalanıb.

Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.

Yaradılması nəzərdə tutualn DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra səlahiyyətlərinə daxil olan layihələrdən daha biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM