satellite   Azerspace-1: 11135 H 30000

“Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşib

“Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşib

“2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması və yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirilib.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabinetində “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclasda bildirilib.

İclasda Baş nazir Əli Əsədov qeyd edib ki, Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli, Strategiya və Dövlət Proqramı hazırlanarkən digər aidiyyəti sənədlər və I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha sonrakı müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır.

Baş nazir vurğulayıb ki, Strategiyadan və Dövlət Proqramından irəli gələn konseptual məsələlərin və yekun layihələrin mərhələlərlə İqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM