satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Dövlət Proqramı çərçivəsində uzunluğu 18 kilometrdən çox olan avtomobil yolları əsaslı təmir edilir

Naxçıvanda Dövlət Proqramı çərçivəsində uzunluğu 18 kilometrdən çox olan avtomobil yolları əsaslı təmir edilir

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində cari ildə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə yerli əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilib. Belə ki, Naxçıvan şəhərinin Əliabad qəsəbədaxili, Şərur rayonunun Təzəkənd, Kəngərli rayonun Xok və Şahtaxtı Gömrük avtomobil yollarında işlər yekunlaşdırırılıb.

NTV xəbər verir ki,  sözləri Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli deyib.

O qeyd edib ki, təmir zamanı yol əsası yenidən tikilib, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına beton kanal çəkilib, su keçidləri inşa edilib. Avtomobillərin rahat hərəkəti üçün asfalt örtüyü salınıb.

"Hazırda uzunluğu 6,8 kilometr olan Ordubad rayon Aza-Darkənd, uzunluğu 5,2 kilometr olan Şərur şəhərdaxili və uzunluğu 6,2 kilometr olan Babək rayon Nəhəcir-Göynük kənddaxili avtomobil yollarında işlər davam etdirilir. Bəzi yolların təmiri isə tender mərhələsindədir. Həmin proses yekunlaşdıqdan sonra Naxçıvan şəhərinin bir neçə küçəsində və muxtar respublikanın digər rayon və kənd yollarında da təmir işləri aparılacaq", - deyə Əli İbrahimbəyli əlavə edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM