satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yaz əkin mövsümündə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb - FOTOLAR

Naxçıvanda yaz əkin mövsümündə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda yaz əkin mövsümündə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb<font color=red> - FOTOLAR</font>

2025-ci ilin yaz əkin mövsümündə Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırma və ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib.

Təbiətin mühafizəsi və yaşıllıqların artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində bu gün Qoşadizə tinglik sahəsində yeni tut toxmacarlığı yaradılıb.

Bununla yanaşı, Qoşadizə və Xətai tinglik sahələrində 1,2 hektar ərazidə badam, ərik, qoz, alma, eldar şamı, göyrüş və akasiya ağaclarının toxmacarlıqları salınıb.

Əkin mövsümü ərzində muxtar respublikanın müxtəlif ərazilərində ümumilikdə 228 hektar sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilib, 67 mindən çox ting əkilərək yaşıllaşdırma işlərinə töhfə verilib.

Aparılan bu tədbirlər ekoloji tarazlığın qorunması, torpaqların münbitliyinin artırılması və iqlim dəyişikliklərinin təsirinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM