satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan televiziyası peyk yayımına başlayıb - FOTOLAR

Naxçıvan televiziyası peyk yayımına başlayıb<font color=red> - FOTOLAR</font> Naxçıvan televiziyası peyk yayımına başlayıb<font color=red> - FOTOLAR</font>

Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri” – “MEDİAFEST-2025” konfransı çərçivəsində Naxçıvan televiziyası "Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

 

NTV  xəbər verir ki, tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM