Azərbaycan Respublikasının xalq artisti, “Xəzər TV”nin rəhbəri, tanınmış televiziya siması Murad Dadaşov Naxçıvan televiziyasının qonağı olub.
MediaFest tədbirində iştirak məqsədilə Naxçıvana səfər edən Murad Dadaşov televiziyanın kollektivi ilə görüşüb, yaradıcı heyətlə tanış olub və rəhbərliklə fikir mübadiləsi aparıb.
Naxçıvan Televiziyasının fəaliyyət istiqamətləri, efir siyasəti və iş prinsipi ilə yaxından maraqlanan Murad Dadaşov yaradıcı heyətə fəaliyyətlərində uğurlar arzu edib.
