satellite   Azerspace-1: 11135 H 30000

Banan sinir sistemini möhkəmləndirir

Banan sinir sistemini möhkəmləndirir

Banan sinir sistemini möhkəmləndirməyə, əhvali-ruhiyyə, yuxu, yaddaşın sabitləşməsi və ya yaxşılaşdırılmasına nail olmağa kömək edir. Onun tərkibində triptofan amin turşusu var, bunun sayəsində də banan antioksidant kimi təsir edir. Naxçıvan televiziyası İnformasiya Agentliyi “MedikForum”a istinadla xəbər verir ki, orqanizmə nüfuz edərək, triptofan “sevinc hormonu” adlandırılan serotoninə çevrilir.

Qışda, əgər insanda bu meyvəyə fərdi əks göstəricilər yoxdursa, bananın qəbulu çox faydalıdır. Meyvənin tərkibində olan maqnezium sayəsində bananın istehlakı stressi azaltmağa və orqanizmin sinir yorğunluğuna davamlılığını artırmağa kömək edir”.

Bananın tərkibində yüksək səviyyədə olan B6 vitamini var. Ekspertlər hesab edirlər ki, bu vitamin sinir sisteminin fəaliyyəti üçün çox vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM