satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakı şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən NTV-yə verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qurumları arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyi xüsusi vurğulanıb, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM