satellite   Azerspace-1: 11135 H 30000

Media: İran və ABŞ danışıqlardan imtina etməyib

Media: İran və ABŞ danışıqlardan imtina etməyib

İran və ABŞ danışıqlar prosesindən çıxmayıb, tərəflər razılığın mümkün olduğunu hesab edir.

NTV  xəbər verir ki, “Axios” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, proses dalana dirənməyib, dialoq üçün imkan qalır və tərəflər müzakirələri davam etdirir. Vasitəçilər aprelin 21-dək qüvvədə olan atəşkəs müddəti bitməmiş növbəti danışıqlar raundunun keçiriləcəyinə ümidvardır.

Türkiyə, Pakistan və Misir vasitəçiləri tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün təmasların davam etdirilməsini vacib sayır.

İslamabadda keçirilən danışıqlardan sonra Türkiyə və Misirin xarici işlər nazirləri ayrı-ayrılıqda Pakistan XİN rəhbəri ilə, daha sonra isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə əlaqə saxlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM