satellite   Azerspace-1: 11135 H 30000

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Hökumət qüvvələri ilə Yəmənin qərbinə nəzarət edən husi qruplaşması arasında döyüşlər başlanandan sonra 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

NTV xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Təşkilatı məlumat yayıb.

Təşkilat tərəflər arasında son günlər şiddətlənmiş toqquşmaların nəticələrini “narahatedici” adlandırıb.

Qeyd olunub ki, hazırda humanitar ehtiyaclara çevik cavab vermək üçün lazımi vəsait çatışmır.

Bildirilib ki, köçkünlər Yəmənin 10 vilayətindəndir. Daha çox köç hadisəsi Taiz şəhərində olub.

Təşkilatın məlumatına görə, 3700-dən çox yəmənli dəniz yolu ilə Cibutiyə sığınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM