Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
NTV Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, iki ölkənin liderləri qarşılıqlı münasibətlərin vəziyyətini və perspektivlərini, həmçinin regional və qlobal gündəmi müzakirə ediblər.
Türkiyə Prezidenti Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini vurğulayıb, həmçinin Moskva ilə Kiyev arasında birbaşa təmasların bərpa olunmasına Ankaranın töhfə verməyə hazır olduğunu qeyd edib.
Türkiyə lideri sülh səylərinin nəticə verməsinə yönəlmiş diplomatik təmasların vacibliyini vurğulayıb.
