Avropaya gələn qaçqın və miqrant uşaqların üçdə ikisindən çoxu müşayiətsiz səyahət edir.
NTV xəbər verir ki, bu fakt Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) və UNICEF-in birgə hesabatında yer alıb.
Hesabata görə, təkbaşına Avropaya gələn yetkinlik yaşına çatmayanların nisbəti 51 faizdən 67 faizə yüksəlib. 2025-ci ildə Avropa ölkələrinə gələn 31.100 uşağın 20 mindən çoxu müşayiətsiz və ya valideynlərindən ayrı səyahət edən kimi qeydiyyata alınıb.
Eyni zamanda, quru və dəniz yolu ilə Avropaya gələn uşaqların ümumi sayı 2024-cü illə müqayisədə dörddəbir azalıb.
