satellite   Azerspace-1: 11135 H 30000

Nikol Paşinyan: Prezident Trampın şəxsi iştirakı ilə regionda sülh bərqərar oldu

Nikol Paşinyan: Prezident Trampın şəxsi iştirakı ilə regionda sülh bərqərar oldu

ABŞ-ın vitse-prezidentinin səfəri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kimi misli görünməmiş reallıqlar kontekstində baş verir.

NTV-nin məlumatına görə, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşə görə, ona və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirib. “Prezident Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu. Vaşinqton Sülh Sammitindən sonra Prezident İlham Əliyev və mən birgə məktubla Prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərdik və ümid edirəm ki, Prezident 2026-cı ildə bu mükafatı alacaq. Vitse-prezident Vensin səfəri sülh və Ermənistan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsində mühüm addımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM