satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib - FOTOLAR

Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib<font color=red> - FOTOLAR</font> Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib<font color=red> - FOTOLAR</font> Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib<font color=red> - FOTOLAR</font> Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib<font color=red> - FOTOLAR</font>

Azərbaycan və ABŞ-nin biznes nümayəndələrinin birgə fəaliyyətinin təşviqi, enerji, nəqliyyat, investisiya, ticarət, sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti addımları və potensial layihələri nəzərdən keçirilib.

NTV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bu müzakirələr ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi biznes missiyası ilə baş tutan dəyirmi masada aparılıb.

Dəyirma masada ölkəmizdə makroiqtisadi sabitlik və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulanıb.

M. Cabbarov qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanlar yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM