satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın və Gürcüstanın hərbi tibb mütəxəssisləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTOLAR

Azərbaycanın və Gürcüstanın hərbi tibb mütəxəssisləri əməkdaşlıq məsələlərini müzakirə ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycanın və Gürcüstanın hərbi tibb mütəxəssisləri əməkdaşlıq məsələlərini müzakirə ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycanın və Gürcüstanın hərbi tibb mütəxəssisləri əməkdaşlıq məsələlərini müzakirə ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycanın və Gürcüstanın hərbi tibb mütəxəssisləri əməkdaşlıq məsələlərini müzakirə ediblər<font color=red> - FOTOLAR</font>

Bakıda Azərbaycan və Gürcüstan respublikaları Müdafiə nazirliklərinin tibb xidməti nümayəndələri arasında "Hərbi tibb sahəsində əməkdaşlıq" üzrə ikitərəfli görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən NTV-yə verilən məlumata görə, görüşdə Gürcüstan nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də, hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Hər iki ölkənin nümayəndə heyəti hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıb.

Görüş çərçivəsində qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını, Mərkəzi Hərbi və Stomatoloji poliklinikalarını, Hərbi Tibb fakültəsini, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzini və İstirahət evini ziyarət ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM