satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri BMT Okean Konfransında Xəzər dənizindəki mühafizə tədbirlərindən danışıb

Azərbaycan səfiri BMT Okean Konfransında Xəzər dənizindəki mühafizə tədbirlərindən danışıb

Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır.

NTV  COP29-un "X" hesabındakı paylaşıma istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Davamlı inkişaf üçün okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 (DİM) çərçivəsində Üçüncü BMT Okean Konfransında çıxışı zamanı deyib.

L.Abdullayeva Xəzər dənizində Azərbaycanın həyata keçirdiyi mühafizə tədbirlərindən danışıb. Səfir Bakıda keçirilən COP29-da olduğu kimi, dünya ölkələrinin ortaq çağırışlara birlikdə cavab verməsinin vacibliyini vurğulayıb.

"Azərbaycan olaraq inanırıq ki, birgə səylərlə 2030-cu ilə qədər okeanların ən azı 30 faizini mühafizə altına ala bilərik", - L.Abdullayeva əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM