satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələri müzakirə olunub - FOTOLAR

Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələri müzakirə olunub<font color=red> - FOTOLAR</font> Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələri müzakirə olunub<font color=red> - FOTOLAR</font> Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələri müzakirə olunub<font color=red> - FOTOLAR</font> Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələri müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb.

 

NTV xəbər verir ki, görüşdə dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında iki ölkənin dövlət başçılarının mühüm rolu diqqətə çatdırılaraq, bildirilib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, sıx təmaslar dost və qardaş ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə daxil olmasını şərtləndirib.

 

Söhbət zamanı qeyd edilib ki, qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova özünün Özbəkistana, qarşı tərəfin qanunverici orqanlarının rəhbərlərinin isə ölkəmizə səfərlərini məmnunluqla xatırladaraq, bu sahədə müsbət dinamikanın olduğunu deyib. Vurğulanıb ki, parlamentarilərimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM