satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi IV Daşkənd İnvestisiya Forumunda müzakirə olunacaq.

 

NTV xəbər verir ki, forumun üçüncü günündə - iyunun 11-də "Azərbaycan - Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru" mövzusunda panel sessiyası keçiriləcək.

 

"Tədbirdə hər iki ölkənin hökumət rəsmiləri və biznes liderləri ikitərəfli ticarətin gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi və energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar kimi sektorlarda əməkdaşlığın araşdırılması üçün bir araya gələcək. Forumda həmçinin Orta Dəhliz daxil olmaqla əlaqələrin qurulması üzrə regional təşəbbüslər işıqlandırılacaq və davamlı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar təqdim ediləcək", - forumun saytında qeyd olunub.

 

Tədbirdə Azərbaycandan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları çıxış edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM