satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda Rusiya - Ukrayna danışıqları başa çatıb - YENİLƏNİB

İstanbulda Rusiya - Ukrayna danışıqları başa çatıb<font color='red'> - YENİLƏNİB</font>

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

NTV  xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, danışıqlar bir saatdan çox davam edib və rus dilində aparılıb.

15:48

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu başlayıb.

NTV xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıqlara ölkənin xarici işlər naziri Hakan Fidan, kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi Metin Gürak daxildir.

Qeyd edək ki, üç ildən sonra Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqlar mayın 16-da İstanbulda keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM