satellite   Azerspace-1: 11135 H 30000

Erməni vitse-spiker Almaniya XİN-in nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib - FOTOLAR

Erməni vitse-spiker Almaniya XİN-in nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib<font color=red> - FOTOLAR</font> Erməni vitse-spiker Almaniya XİN-in nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib<font color=red> - FOTOLAR</font>

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı üzrə Departamentinin rəhbəri Mattias Follertlə görüşüb.

Bu barədə NTV Ermənistan parlamentinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verir.

"Tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişi məsələsinə, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesinə toxunublar", - məlumatda bildirilib.

Qeyd edək ki, Mattias Follertin başçılıq etdiyi Almaniya nümayəndə heyəti Ermənistanda səfərdədir. Görüşdən dərc olunan fotoşəkillərə əsasən, nümayəndə heyətinə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, Ermənistandakı səfiri Klaudia Buş və Gürcüstandakı səfiri Peter Fişer daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM