satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezidenti: Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm

Ukrayna Prezidenti: Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbulda məhsuldar danışıqlara hazır olmasına şübhə etdiyini bildirib.

NTV LRT telekanalına istinadən xəbər verir ki, o, bunu "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitinin keçiriləcəyi Vilnüsə gəlişi zamanı bildirib.

"Bizim komandamız İstanbuldadır. Bu gün səhər müdafiə naziri (Rüstəm Umerov - red.) ilə danışdım, onlar görüşə hazırlaşırlar. Mən Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm. Amma biz həmişə hansısa həllərə inanmalıyıq", - prezident qeyd edib.

Zelenski onu da vurğulayıb ki, Ukrayna üçün tam atəşkəsin əldə olunması, uşaqların və əsirlərin evlərinə qayıtması vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM