satellite   Azerspace-1: 11135 H 30000

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub.

NTV xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: “Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir. Hər bir şəhidimizin adı muzeydə həkk olunub. Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM