satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.

Paylaşımda deyilir: “Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, məni və Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

8 Noyabr xalqımız üçün torpaqlarımızın azad olunmasını və 30 ilə yaxın davam edən işğala son qoyulmasını təcəssüm etdirən əlamətdar bir gündür.

Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Keçən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız əbədi dostluğumuzun və qardaşlığımızın daha bir təzahürü oldu”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM