satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Afrika mediasında Azərbaycanın noyabr bayramlarından bəhs edən məqalə dərc olunub

Cənubi Afrika mediasında Azərbaycanın noyabr bayramlarından bəhs edən məqalə dərc olunub

Cənubi Afrika Respublikasının (CAR) nüfuzlu “EdnewsAfrica” müstəqil media platformasında ölkənin tanınmış jurnalisti Zingisa Mkhumanın müəllifliyi ilə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş məqalə dərc edilib.

 

Azərbaycanın CAR-dakı səfirliyindən NTV-yə bildirilib ki, “Qələbə, Suverenlik və Milli Yaddaşın Gücü: Azərbaycanın noyabr bayramları nə üçün önəmlidir” sərlövhəli yazıda bu tarixlərin milli kimliyin, birliyin və dövlət suverenliyinin möhkəmlənməsindəki əhəmiyyəti diqqətə çatdırılıb.

 

Məqalədə Ermənistanın hərbi təcavüzü, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə, Şuşanın azad edilməsi və 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası barədə məlumat verilib. Müəllif, həmçinin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin ölkənin güclənməsindəki rolunu vurğulayıb.

 

Yazıda üçrəngli Dövlət Bayrağının Xankəndidə, Şuşada və digər doğma torpaqlarda dalğalanmasının milli birliyin və suverenliyin rəmzi olduğu qeyd edilib. Azərbaycanın noyabr bayramlarının beynəlxalq səviyyədə tanıdılması kontekstində Pretoriyada ölkəmizin səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbul və fotosərgiyə də diqqət çəkilib.

 

Müəllif Azərbaycanın postmünaqişə dövründə bərpa və quruculuq işlərinə, eləcə də regional sülh təşəbbüslərinə diqqət yetirdiyini bildirərək, Zəfər Günü və Dövlət Bayrağı Gününün müstəqilliyin və suverenliyin qorunmasının vacibliyini nümayiş etdirdiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM