Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 2026-cı il payız sessiyasının ilk plenar iclası keçirilib.
NTV xəbər verir ki, sentyabrın 30-da baş tutan iclasa Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sədrlik edib.
İclasın gündəliyinə uyğun olaraq, aparılan müzakirələrdən sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında" qərar səsə qoyularaq qəbul edilib.
