Ukraynanın aparıcı informasiya agentlikləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini geniş işıqlandırıb.
NTV xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, UNİAN, “İnterfaks-Ukrayna”, “Ukraynska Pravda”, “Korrespondent”, “LB.ua”, “Tsenzor.net” və digər informasiya agentlikləri, xəbər portallarında Azərbaycan Prezidentinin Almaniya Kansleri ilə birlikdə mətbuata bəyanatından materiallar yayıblar.
Məqalələrdə Azərbaycanın Avropaya, o cümlədən Almaniyaya qaz tədarükünün əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, Bakıda Almaniya və Rusiya nümayəndələrinin görüşünə dair fikirlər yer alıb.
